Putinin xüsusi nümayəndəsi: “Xəzər dənizi ekoloji faciənin eşiyindədir”

  • Müəllif: admin
  • 06 İyul 2018 16:40

Putinin xüsusi nümayəndəsi: “Xəzər dənizi ekoloji faciənin eşiyindədir”

Rusiya prezidenti Vladimir Putinin Xəzər ölkələri ilə əməkdaşlıq məsələləri üzrə xüsusi nümayəndəsi Ramazan Abdulatipov yeni açıqlama verib.

Gununsesi.info “Ölkə.Az”a istinadən bildirir ki, açıqlayama əsasən, Xəzər dənizinin hüquqi statusu bu yaxınlarda Mərkəzi Asiya dövlət başçılarının Astana görüşündə müəyyən edilə bilər.

“Sovet İttifaqı dağıldıqdan sonra bir sıra müstəqil ölkələr yarandı. Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistanın Xəzərə çıxışı oldu və ərazinin hüquqi statusu barədə mübahisə yarandı. Müzakirələr və Xəzərin hüquqi statusunun verilməsi barədə danışıqlar 25 ildir ki, davam edir. Amma diplomatlar indi nöqtə qoymağa yaxınlaşdıqlarını bildirirlər. Bu səbəbdən çox güman ki, Astana sammitində Xəzər ölkələri iştirak edəcək və Xəzərin hüquqi statusu barədə konvensiya imzalanacaq”, – deyə Abdulatipov bildirib.

Belə bir sənəd olmadan isə aktiv iqtisadi əməkdaşlıq barədə danışmaq çətindir. Əgər Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi uzansa, bu, bir sira ekoloji problemlərə səbəb olacaq.

“Bildirmək istəyirəm ki, Xəzər dənizi artıq faciənin eşiyindədir. Bir neçə il əvvəl imzalanmış Tehran konvensiyası isə effektiv işləmir”, – deyə Putinin xüsusi nümayəndəsi əlavə edib.