Elnur Məmmədli yenidən idmana qayıtdı - FOTOLAR

  • By admin
  • 15 Fevral 2018 17:44
Olimpiya çempionu, keçmiş cüdoçu, Azəraycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli yenidən idmana başlayıb.
Gununsesi.info unikal.org-a istinadən xəbər verir ki, bir müddətdir sosial şəbəkələrdən uzaq duran E.Məmmədli, həmçinin yenidən “instagram” səhifəsini aktivləşdirib.
O, trenajor zalında çəkilmiş fotolarını, köhnə şəkillərini “İnstagram” səhifəsində paylaşmağa başlayıb. E.Məmmədli həmçinin qızı ilə fotosunu paylaşaraq, ad gününü təbrik edib.
Olimpiya çempionumuz Unikal.org-a açıqlamasında bildirib ki, zədələrinə görə bir müddət idmana ara verib:
“Sağlam bədəndə sağlam ruh olar. Zədələrim var idi. Buna görə, uzun müddət idi ki, müalicə olunurdum. Artıq zədələrimi sağaldıb, yenidən idmana başladım. İdman bizim üçün ən vacib məsələlərdəndir. Azərbaycan Respublikasının əsgəri daim möhkəm, güclü olmalıdır. Ona görə də idman vacibdir”.
Keçmiş idmançı “instagram” səhifəsini yenidən aktivləşdirməsinə də münasibət bildirib:
“Gənclərə və idmançılara nümunə olmaq üçün paylaşım edirik”.
Gununsesi.info