İlahiyyatçı Elşad Miri süni intellekt və dini baxışlarla bağlı diqqətçəkən fikirlər səsləndirib.
Gununsesi.info-nun xəbərinə görə, o bildirib ki, əvvəllər kameraya baxaraq şəkil çəkdirməyi haram hesab edən bəzi şəxslərin indi süni intellektə göstəriş verərək şəkillərini redaktə etdirib paylaşmaları düşündürücü haldır.
“Süni İntellekt haramı halal etdi. Kameraya baxaraq şəklin haram olduğunu deyənlərin Süni İntellektə göstəriş verərək şəkillərini düzəldib paylaşmaları təkamülün səviyyəsini göstərir. Beyinlərin hörümçək torundan qurtulması prosesi davam edir”, – deyə Elşad Miri paylaşımında qeyd edib.
Paylaşım sosial şəbəkə istifadəçiləri arasında müxtəlif müzakirələrə səbəb olub.
Elmar
Gununsesi.info












