Media foruma getdiyi üçün tənqid olunan Aynur Xəlilova: "Paxıl insanlar öz işləri ilə məşğul olsunlar"

Xəbər verdiyimiz kimi,  Şuşada “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda IV Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib.

Bəzi tanınmış simaların media forumuna qatılması sosial şəbəkələrdə müzakirələrə və onların tənqidinə səbəb olub.

Tənqid olunan şəxslərdən biri də dizayner Aynur Xəlilovadır. Sosial şəbəkələrdə yazılan rəylərdə onun dərzi olduğu, buna görə də media forumunda deyil, yalnız podium və festivallarda iştirak etməli olduğu bildirilib. 

Aynur Xəlilovanın mövqeyini öyrənmək üçün onunla əlaqə saxladıq. Zəngə cavab verən şəxs əvvəlcə Aynur Xəlilova kimi salamlaşsa da, sonradan sualımızı eşidəndən sonra özünü onun köməkçisi kimi təqdim etdi.

Gununsesi.infoya açıqlamasında o həmin tədbirə getməsində heç bir qəbahət olmadığını dedi.

“Sosial şəbəkələrdə səsləndirilən fikirlərə görə narahat deyilik. Heç kəs ora özbaşına getməyib, dəvət olunan yerə gedərlər. Paxıl insanlar öz işləri ilə məşğul olsunlar. Bu barədə insanların fikri maraqlı deyil. Hər kəs öz işi ilə məşğul olsun”.

 

 

Şəbnəm Rəhimova 

Gununsesi.info