Elxan Şahinoğlu: “Lokal deyil, total müharibəyə hazırlaşmalıyıq”

  • By admin
  • 11 Oktyabr 2016 22:48

Elxan Shahinoglu

“Ermənistanla lokal deyil, total müharibəyə hazırlaşmalıyıq. Bunlar hələ ağıllanmayıblar. Total müharibə yalnız Dağlıq Qarabağ və ətrafında cərəyan etməyəcək, müharibəni Ermənistanın daxilinə inikas etdirmək məcburiyyətində qalacağıq. Əlbəttə, bu zaman Naxçıvan üzərində də müəyyən təhlükə yaranacaq”.

Etikxeber.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

O, deyib ki, belə olarsa Naxçıvanın qarantörü kimi prosesə Türkiyə də qoşulmalı olacaq.

“Rusiya Ermənistanı müdafiə etsə belə, bizə qarşı “İsgəndər” raketlərindən istifadə ediləcəksə, biz də bunu cavabsız qoymayacağıq, əsl ölüm-dirim mübarizəsi başlayacaq. Bu andan başlayaraq Rusiya-Türkiyə yaxınlaşmasının da bir anlamı qalmayacaq. Əlbəttə, bu, fəlakət ssenarisidir. Ancaq məgər Azərbaycanın torpaqlarının işğalının davamı fəlakət deyilmi? İşğal davam edir, işğalçı geri addım atmır, üstəgəl böyük dövlətlər işğalçıya deyil, işğala məruz qalana təzyiq edirlər”-deyə,  politoloq  sözlərinə əlavə edib.

Gununsesi.info