Elza Seyidacahan: “Gözlərimi dincəldir…”

  • By admin
  • 11 İyul 2016 10:38

elza-5

 

“Sosial şəbəkələrdən minlərlə təbrik almışam. Lakin vaxt qıtlığından əksəriyyətini oxuya bilməmişəm”.

Bu haqda Gununsesi.info-ya Əməkdar artist, bəstəkar-müğənni Eza Seyidcahan ekskluziv açıqlamasında deyib. E.Seyidcahan doğum günü münasibəti ilə dünyanın bir neçə ölkəsində yaşayan dostlarından təbrik mesajları aldığını söyləyib: “Mənim üçün ən böyük və qiymətli hədiyyələr, məhz, pərəstişkarlarımdan gələn sevgidolu təbrik mesajlarıdır. Lakin vaxt tapıb onların hamısına təşşəkkür edə bilmədiyim üçün üzürlü saysınlar. Eləcə də bütün televiziya kanallardan təbrik aldım, bu haqda süjetlər verdilər. Bu da mənim üçün xoşbəxtlikdir ki, insanlar saysız-hesabsız təbriklər yazıblar”. Bəstəkar-müğənni ad gününü ailə çevrəsində keçirməsinə də aydınlıq gətirib: “Elə insanlar var ki, ad günlərində məxsusi tədbir hazırlayır, insanları çağırır, narahat edirlər. Mənsə belə etməyə utanıram. Öz ad günümdə kimlərisə dəvət edib, narahatlıq vermirəm. Məni sevənlər, yaxınlarım və bunu bilib təbrik edənlər xaric, heç kimə məxsusi xəbər göndərmirəm. Əsasən, anam, bacılarım və onların övladlarıyla birgə qeyd edirik. Bu dəfə də öz ailə üzvülərimlə, bacılarımın balarıyla keçirdim. Uşaqlar əsəblərimi, gözlərimi dincəldir. Onlarla gözəl gün keçirdim, rahatlıq tapdım. Darıxmışdım onlar üçün. Sevincimizi paylaşladıq”.

Xəyalə Xanəziz