Elza Seyidcahan şou-biznesdəki həmkarlarını savadsızlıqda günahlandırdı

  • By admin
  • 01 İyun 2016 17:15

elza_seyidcahan

“O qədər ki, pulun dalınca qaçırlar, bir azca kitabın arxasınca qaçıb,  dövlərimizin əhəmiyyətli, tarixi günləriylə bağlı oxusaydılar,  yəqin mətbuatın sualları qarşısında aciz duruma düşməzdilər”.  Bu sözləri gununsesi.info-ya əməkdar artıst, bəstəkar Elza Seyidcahan şou-biznesin bəzi əməkdaşlarının 28 May- Respublika Günündən xəbərsiz olmaları faktına münasibət bildirərkən söyləyib. Şou-əhlinin əksəriyyətinin savadsız olduğunu söyləyən əməkdar artist bildirib ki, pul onları  özünə çəkdiyi kimi, kitab da özünə çəksəydi, bu duruma düşməzdilər: “Elmlə hər bir düşməni diz üstə çökdürmək olar. Nə qədər pulları olursa olsun, əgər beyinləri boşdursa, nə oxuduqları da önəmli olmayacaq. Mən 2015-ci ildə Siyəzən və Şabranda Bayraq günüylə bağlı aksiya keçirmişdim. Bayrağı görüb tarixini bilməyənlər üçün vərəqlər də hazırlamışdım. Bu çox adama təəccüblü gəlmişdi. Hətta məmurlardan biri dedi ki,  bəstəkar adamsan, bu sənin nəyinə lazımdır. Məncə, mədənniyyət dünyasında olan hər kəs Azərbaycanın tarixi günlərini ən azından bilməlidir ki, başqa ölkələrdə təbliğ edə bilsin. Mən onlar üçün nə deyə bilərəm ki, oxusunlar, öyrənsinlər. Nəsə desəm də deyəcəklər Elza qısqanclıq edir. Çox heyflər olsun ki, belə “şou-biznes”-in nümayəndələri çirkli suyla meydan oxuyurlar. Hətta savadsız olduqlarını bilsələr belə onları tərifləyir, alqışlayırlar. Halbuki,  belə tərif yağdıranlar onların şəxsiyyətini və keçmişini çox yaxşı bilirlər. Məncə, bu sualla onları dəstəkləyənlərə müraciət etmək lazımdır. Əslində, bu təkcə şou-biznesdəki bəzilərinin deyil, bir çox sahələrdə fəaliyyət göstərən “mütəxəsislər”in problemidir. Şou-biznes aləmində çox inelektli, savadlı insanlar da var. Onlara baxıb fəxr edirəm. Lakin meşə çaqqalsız olmaz. hamıya bəllidir ki, şou-biznesə  təsadüfən düşmüş savadsız, intelektsiz insanlar cəiyyətdə  daha çox at oynadırlar. Savadları yoxdur, heç olmasa tərbiyələri olsun. Bu azmış kimi, arsız-arsız hələ onları tərifləyirlər də. Belələrinin də tərifləndiyini görən onlardan beşbetər savadsizlar da deyir ki, bunlar yuxarı başa keçib bəy, xanım oldular, fəxri adlar aldılar. Mən niyə olmayım?  Bu sualı məmləkətin müəllimlərinə versəniz, onların da   cavab verə bilməyəcək.  “Ts”, “dz”-la mahnı oxuyanlar var. Onlar 28 may günün tarixini haradan bilsin?  Məncə bu sahədə senzura olmalıdır. Şou-biznesdə əsil sənət adamları olmalıdır. Vay o  günümüzdən ki, təsadüfən şou-biznesə düşən adamlarla yanaşı, müəllim, həkim, mətbuat nümayəndələri savadsız olsun. Bisavad müğənni, bisavad  şou-biznes əhli onsuz da yetərincədir. Hansısa mahnını fonoqramla oxumaq hələ vətənpərvər olmaq demək deyil”.

Xatırladaq ki, Gununsesi.info-nun sorğusu zamanı Manaf Ağayevin, Oksana Rəsulovanın, Elariz Məmmədoğlunun, Gulay Zeynalovanın, Bahar Lətifqızının 28 May-“Resbublika Günü”dən xəbərsiz olduğu üzə çıxmışdı. Saytımız facebook səhifəsində minlərlə oxucunun marağını kəsb edən bu sorğu şou-biznes əhlinin kəskin tənqidinə də səbəb olub.