Şəmkirdə oğul öz doğma atasını ölümcül döydü - ÖZƏL (FOTOLAR)

  • By admin
  • 01 İyun 2016 17:30

Doyulme 1

 

Şəmkirdə oğul öz doğma atasını döyüb. Gununsesi.info xəbər verir ki, döyülmə faktı Şəmkirin Tatar kəndində qeydə alınıb. Kənd sakini Sakit Mustafayev atası 79 yaşlı Oruc Mustafayevi döyərək ağır bədən xəsarətləri yetirib. Səbəb kimi isə  atasının hər gün evə spirtli içki qəbul edərək gəlməsi bildirilir. Şahidlərin sözlərinə görə içki düşkünü olan Oruc Mustafayev mütəmadi olaraq içki qəbul edir və evə gələrək münaqişə yaradırmış.

 

Oğlunun xəbərdarlıqlarına baxmayaraq 79 yaşlı ata növbəti dəfə  içkili halda gələrək dava salır. Bundan sonra Sakit Mustafayev atasına bir neçə zərbə endirərək onu döyüb. Müxəlif bədən xəsarətləri alan Oruc Mustafayev Şəmkir Mərkəzi Rayon xəstəxanasına gətirilib.

 

Fakta bağlı Şəmkir polisi tərəfindən araşdırma aparılır.

 

Doyulme 4

Doyulme 0

Doyulme