Elza Seyidcahanın pişiyi Ceylanın ölüm xəbərinə SARSILDI

  • By admin
  • 20 Sentyabr 2017 11:00

679356

Əməkdar artist Elza Seyidcahanın pişiyi Ceyla ölüb.

Gununsesi.info xəbər verir ki, müğənni bu haqda İnstaqram səhifəsində yazıb.

O bildirib ki, Ceyla 11 ildir onların evində idi: “Ceyla bizi tərk etdi. Həyatın qanunudur, hamımız bir gün gəlib, bir gün gedəcəyik. Əsas odur ki, xoş xatirələr qalsın. Ceyla 11 il bizimlə qaldı. Qızım Gülşən ona necə baxdı… Bəlkə bəzi insanlar heç öz valideynlərinə elə qulluq etməzlər. Hamını öpüb qarşılayır, yola salırdı. Əsərlərimi, şeirlərimi hamıdan yaxşı tanıyırdı. Səmərrux (nəvəsi) ağlayan kimi tez yanına gedirdi, miyoldayıb bizi çağırırdı ki, gəlin. Hələ mən yolda olanda gəlişimi hiss edib, qapıda gözləyərdi. Heyvanların vəfasından danışmaqla bitməz”.

Qeyd edək ki, E.Seyidcahan pişiyinin xərçəng olduğunu demişdi.

Gununsesi.info