Eritreya Qətər ilə əlaqələrini kəsməklə bağlı tələbi rədd edib

  • Müəllif: admin
  • 10 İyun 2017 10:57

04

Eritreya Xarici İşlər Nazirliyi Qətərlə əlaqələrini kəsməyəcəyi barədə yazılı açıqlama verib.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Eritreya Səudiyyə Ərəbistanının və BƏƏ-nin Doha ilə əlaqələri kəsmə tələbini birmənalı olaraq rədd edib.

Belə ki, açıqlamada qeyd edilir: “Qardaş Qətər xalqı və dövləti ilə bizləri dərin əlaqələr bağlayır. Bu səbəbdən də Qətərlə əlaqələri kəsməyimiz mümkün deyil”.

Qeyd edəkki, bazar ertəsi birdən-birə Misir, Səudiyyə Ərəbistanı, Bəhreyn, BƏƏ, Liviya və Yəmən daxil olmaqla altı ərəb ölkəsi Qətəri terror təşkilatlarını dəstəkləməkdə və Yaxın Şərqdə sabitliyi pozmaqda ittiham edərək onunla diplomatik münasibətləri dayandırdıqlarını bəyan ediblər.

Anar

Gununsesi.info