İki xanım deputat xaricə gedir

  • By admin
  • 10 İyun 2017 10:50

aqiye

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı və deputat Sahibə Qafarova “Qadınlara və qızlara qarşı zorakılığa son qoyulması naminə qanunların işlənməsinin təşviqi” mövzusunda Mərkəzi və Şərqi Avropa Regional Konfransında iştirak etmək üçün iyunun 11-də Rumıniyanın paytaxtı Buxarestə səfər edəcəklər. 

Gununsesi.info xəbər verir ki, bu barədə Milli Məclisin mətbuat xidməti məlumat yayıb.

Konfransda qadınlara qarşı və məişət zorakılığının qarşısının alınması istiqamətində qanunvericiliyin təkmilləşdirilməsi, gender bərabərliyinin təmin olunması, qadınların ictimai həyatda rolunun artırılması, bununla bağlı  maarifləndirmə işinin həyata keçirilməsi barədə fikir mübadiləsi aparılacaq.

Deputatlar ölkəmizdə qadın hüquqlarının qorunması sahəsində qəbul olunan qanunlar, onlara göstərilən dövlət qayğısı barədə məlumat verəcəklər.

Səfər iyunun 15-də başa çatacaq.

Gununsesi.info