“Ermənilərin istənilən təxribatına düşünülmüş mövqe sərgiləməyə hazır olmalıyıq” - FUAD BABAYEV

Fuad-Babayev-2

Rusiyanın regionda hərbi iştirakını artırmasının Bakı-Moskva münasibətlərinə təsir etməsi ağlabatan deyil.

Bunu Gununsesi.info-ya açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru Fuad Babayev Rusiyanın Cənubi Qafqazda, xüsusən də Ermənistanda hərbi gücünü möhkəmləndirməsi ilə bağlı məsələyə mövqeyini açıqlayarkən deyib.

Onun sözlərinə görə, 2014-cü ildə Ukrayna, 2015-ci ildə Suriya hadisələri fonunda Rusiya silahının yayılma arealına diqqət yetirməyə dəyər. “Və bu fonda Şoyqunun 2017-ci ilin martında cənubi osetiyalı “həmkar”ı Qasseyevlə imzaladığı razılaşmanı da yada salmaq olar. Xatırladım ki, bu razılaşmaya əsasən Gürcüstan ərazisindəki “dövlət”in bəzi hərbi hissələri Rusiya hərbi maşınına tabe edildi. Bütün hallarda proses prinsip etibarilə bəyannamə xarakteri daşıyır”- deyə, F.Babayev vurğulayıb.

F.Babayev hesab edir ki, buna baxmayaraq, şimal qonşumuzun hərbi “əzələ”lərini oynatmasının Azərbaycan-Rusiya münasibətlərinin mövcud vəziyyətində bizim üçün hansısa real nəticələrə gətirib çıxarması ağlabatan deyil. “Rusiyanın Ermənistandakı hərbi mövcudluğu olub, var və görünən budur ki, olacaq. Onun parametrlərində hansısa dəyişikliklər həmişə edilə bilər. Amma zənnimcə buna xüsusi diqqət ayırmağa dəyməz”- deyə, o, vurğualyıb.

Ermənilərin Rusiyada 9 may da törətdiyi təxribat xarakterli hərəkətinə gəldikdə isə Fuad Babayev bildirib ki, erməni istehsalı olan 9 may təxribatına gəlincə, burada təəccüblü heç nə yoxdur: “Bu bədnam “konveyer”in məhsulu olan nə birinci əmtəədir, nə də sonuncu. Ən əsas olan odur ki, buna bənzər “epizod”larda düşünülmüş mövqe sərgiləməyə həmişə hazır olaq”.

Mürtəza

Gununsesi.info