Ermənistan da parlamentə yeni sədr seçildi

  • By admin
  • 18 May 2017 16:00
2017-05-18-16-52-47lop
Ara Babloyan Ermənistan parlamentinin yeni sədri seçilib.
Gununsesi.info erməni mətbuatına istinadən xəbər verir ki, mayın 18-də yeni parlamentin ilk iclası keçirilib və toplantıda qanunverici orqanın rəhbərliyi formalaşdırılıb.
Eduard Şarmazanov və keçmiş ədliyyə naziri Aspine Ovannisyan isə parlament sədirinin müavinləri seçiliblər.
Qeyd edək ki, Ara Babloyan hakim Respublikaçılar Partiyasından deputat seçilib. O, 1947-ci il mayın 7-də Yerevanda doğulub. İxtisasca həkimdir. Əvvəlki parlamentin səhiyyə, doğuş və uşaqlarla bağlı komissiyasının sədri olub.
Xatırladaq ki, parlamentin əvvəlki sədri Qalust Saakyan idi.