Erməni əsgərin anası: Uşağın meyitini evimizə gətirdilər

  • By admin
  • 21 Fevral 2017 23:03

3e605029dd07c6bd9c59d4b21fe233a5

 

Günahkar yüksək səlahiyyətlilər himayədarlıq etdiyindən oğulumun ölümü ilə bağlı cinyət işinin açılmasında maraqlı deyillər.

Report xəbər verir ki, bunu 2016-cı ilin yayında öldürülən Ermənistan ordusunun əsgəri 20 yaşlı Arsen Mxitaryanın atası Artur Mxitaryan bildirib.

Rəsmi şəxslər bildirib ki, 2016-cı il iyuln 3-də Ermənistanın Tavuş vilayətində “Mehrab” hərbi hissəsinin “Luys” adlı mövqeyində odlu silahdan açılan atəş yarası ilə Mxitaryanın meyiti aşakra edilib. Onlar əsgərin intihar etdiyinin deyiblər.

Ancaq əsgərin valideynləri rəsmi mövqeyi qəbul etmirlər. Onun anası Lusine Mxitaryan deyib ki, hadisədən bir gün əvvəl, o, bacısını ad günü münasibəti ilə təbrik edib: “O, çox normal danışırdı. Bu intihar etmək istəyən adamın davranışına oxşamırdı. Uşağı öldürüb, meyitini evimizə gətirdilər”.

Bu ilin yanvarında Artur Mxitaryan Ermənistan Prezidenti Serj Sarqsyana məktubla müraciət edərk, oğlunun ölümü ilə bağlı məsələnin ədalətli həll olunmasını istəyib. Valideynlər keçmiş və indiki müdafiə nazirləri görüşüblər, ancaq onlarda təskinlik veriblər.

“Mənim uşağımı öldürüblər. Onun ölümündə günahkar olanlar isə azadlıqdadır. Arsenin işi ilə bağlı 8 nəfər dindirilib. Onlar da məsələdən xəbərsiz olduqların deyirlər. Hadisədən xəbərdar olanları həqiqəti deməməsi üçün qorxudurlar” – Artur Mxitaryan vurğulayıb.

 

Gununsesi.info