
Tovuzda iki sürücünün xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Gununsesi.info-nun APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Yuxarı Öysüzlü kəndində gedən yolda qeydə alınıb.
“VAZ 2107” və “VAZ 2106” markalı avtomobillərin toqquşması nəticəsində hər iki avtomoiblin sürücüsü, rayon sakinləri, 1975-ci il təvəllüdlü Arif Qasımov və 1990-cı il təvəllüdlü Musa Nağıyev müxtəlif bədən xəsarətləri alaraq Tovuz rayon Mərkəzi Xəstəxanaya yerləşdiriliblər. Vəziyyətlərinin orta ağır olduğu bildirilir.
Faktla bağlı Tovuz rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Gununsesi.info











