
Bu gün Kiyevdə Ukrayna millətçilər təşkilatı ölkənin daxili işlər naziri, milliyətcə erməni olan Arsni Avakovun istefası tələbi ilə etiraz aksiyası keçirib.
Gununsesi.info 112.ua-ya istinadən xəbər verir ki, mitinqdə millətçi partiyalardan “Azadlıq”, “Sağ sektor” və digər təşkilatlar iştirak edib.
Aksiya iştirakçıları erməni nazirin fəaliyyətindən narazı olduqlarını və onun istefa tələbi ilə “Arseni Avakova istefa!” şuarı səsləndiriblər.
Gununsesi.info












