Erməni terrorundan zərər çəkənlərə psixoloji yardım göstərilir - VİDEO

  • By admin
  • 12 Oktyabr 2022 10:22

Fövqəladə Hallar Nazirliyi müharibədən və erməni terrorundan fiziki-mənəvi zərər görmüş vətəndaşlara psixoloji yardımı davam etdirir.

Gununsesi.info xəbər verir ki, Türkiyədən gəlmiş 20 nəfərdən artıq peşəkar psixoloq FHN-in mütəxəssisləri ilə birgə sentyabrın 5-dən etibarən psixoloji yardım işinə başlayıblar.

Onlar Vətən müharibəsi ilə bağlı psixoloji problemlər yaşayan müharibə iştirakçılarının, o cümlədən qazilərin, doğmalarını itirmiş şəhid ailəsi üzvlərinin, erməni terrorundan fiziki və mənəvi zərər görmüş insanların psixoloji reabilitasiyasının daha səmərəli təşkili məqsədilə Fövqəladə Hallar Nazirliyinin dəvəti ilə yenidən gəliblər.

Belə ki, ötən müddət ərzində 611 vətəndaşa, o cümlədən 58 uşağa 1272 seans psixoloji yardım göstərilib.

Xatırladaq ki, Bakı, Gəncə, Sumqayıt, Qəbələ, Bərdə və Lənkəran şəhərlərində ödənişsiz həyata keçirilən psixoloji yardım üçün vətəndaşlar Nazirliyin “112” qaynar telefon xətti vasitəsilə qeydiyyata yazıla bilərlər.


Gununsesi.info