Erməni vəhşiliyin qurbanı olmuş Həsən Həsənovun ölümündən 2 İL ÖTÜR

  • By admin
  • 12 İyul 2016 09:30

Hesen

 

Bu gün işğal altında olan Azərbaycan torpaqlarında Ermənistan hərbi qüvvələri tərəfindən qətlə yetirilən Həsən Həsənovun ölümündən 2 il ötür. Gununsesi.info xəbər verir ki, həmin vaxt şəhidin nəşi ermənilər tərəfindən girov götürülmüşdü. Azərbaycan hökumətinin 3 aylıq danışıqlarından sonra 2014-ci il oktyabrın 4-də Həsənin meyidini geri qaytarmaq mümkün oldu. O, Binəqədi qəbristanlığında torpaqağa tapşırıldı.

Xatırladaq ki, Həsən Həsənov 1978-ci aprel ayının 12-də Cəbrayıl rayonunun Mehdili kəndində anadan olub. 2014-ci ilin iyulun 11-də Kəlbəcərdə Dilqəm Əsgərov və Şahbaz Quliyevlə birlikdə öz doğmalarının məzarını ziyarət edərkən əsir götürülərək şəhid edilib. Şahbaz Quliyev və Dilqəm Əsgərov isə hələ də erməni əsirliyindədir.

 

Gununsesi.info