Ermənilər hiyləgərliklərinin qurbanı oldu - VİDEO

  • By admin
  • 10 Mart 2018 11:20
6 tondan artıq  tərəvəzi meyvə adı altında Rusiyaya keçirmək istəyən ermənilər istəklərinə nail ola bilməyiblər. Rusiya gömrükçüləri ermənilərin bu hiyləgərliyini faş edib və nəticədə Ermənistandan Rusiyaya aparılan 6 tondan artıq tərəvəz məhv edilib.
Gununsesi.info erməni mediasına istinadən xəbər verir ki, Vladikavkazdakı “Verxniy Lars” gömrük-keçid məntəqəsində  Ermənistandan  Rusiyaya alma adı ilə  5 ton pomidor, 1,2 ton bolqar bibəri və 245 kq badımcan keçirmək istəyiblər, lakin ermənilərin bu hiyləgərliyinin üstü açılıb. Rusiya qanunvericiliyinə uyğun olaraq ölkəyə qanunsuz olaraq keçirilən  tərəvəz Rusiya Kənd Təsərrüfatı Nəzarəti İdarəsinin əməkdaşları  tərəfindən  məhv edilib.

Gununsesi.info