“Ermənilərin əgər əvvəllər Mikoyanları vardısa, indi də Lavrovları var…” - DEPUTAT OD "PÜSKÜRDÜ"

  • Müəllif: admin
  • 26 Aprel 2017 13:00
elman
Rusiya Xarici İşlər Naziriliyinin (XİN), konkret olaraq, nazir Sergey Lavrovun   Rusiya vətəndaşı, əslən azərbaycanlı olan Dilqəm Əsgərovun hərəkətlərini  qanunsuz şəkildə  Azərbaycan torpaqlarını keçərək, işğal olunmuş ərazilərdə sepratizmi dəstəkləyəcək repotaj hazırlayan və Azərbaycanın ünvanına hədyanlar yağdıran blogger Aleksandr  Lapşinlə  eyniləşdirməsi  Azərbaycan cəmiyyətində haqlı və ciddi etirazlara səbəb olub.
Ordzhonikidze,_Stalin_and_Mikoyan,_1925
Lavrov_siqaret
lapshin_arrived_07022017_10
Əksəriyyət bunun Rusiyanın, o cümlədən, milliyyətcə erməni olan rusiyalı nazirin Ermənistana simpatiyasından irəli gəldiyini və bir həmsədr ölkə olaraq adıçəkilən dövlətin, onun rəsmilərinin bu cür davranışlarının yanlış, qəbuledilməz olduğunu vurğulayır.
Məsələ ilə  bağlı millət vəkili Elman Məmmədov isə  Gununsesi.info-ya açıqlamasında deyib ki, Rusiya tarixən erməniləri müdafiə edib və bu gün də onları dəstəkləməkdədir:
“Bu da əslində kiməsyə də sirr deyil. Moskva, Kreml Çar Rusiyası dövründə də, Sovetlər dönəmində də, indi də erməniləri açıq formada  müdafiə edib və edir. Ermənilərə Cənubi Qafqazda yoxdan Azərbaycan torpaqları hesabına  dölət yaradan da Rusiyadır.  Rusiya XİN-in açıqlamasına gəldikdə isə onu deyə bilərəm ki, bu, bir daha onların İrəvana olan münasibətinin göstəricisi sayıla bilər”.
Millət vəkili əlavə edib ki, Stalin dönəmində ermənilərin Moskvada  bir Mikoyanı var idisə, ancaq indi Rusiya siyasi idarəetmə sistemində Mikoyanlar timsalında Sergey Lavrovları var:
“Lavrovun kimliyi hamıya məlumdur və onların sayı çoxdur. Bu gün Rusiya siyasətində çoxsaylı mikoyanlar var. Onlar da erməniləri müdafiə edirlər”.
dilqem
Lapşinlə D. Əsgərovu müqayisə edilməsinə gəldikdə isə E. Məmmədov deyib ki, bu, çox absurd  müqayisədir.
“Alkesandr Lapşin Dilqəm Əsgərovdan fərqli olaraq, bir neçə ölkənin vətəndaşı olmaqla yanaşı, bölgəyə heç bir aidiyyatı olmayan şəxsdir. Dilqəm Əsgərov isə Rusiya vətəndaşı olsa da, azərbaycanlıdır və Azərbaycan onun doğma vətənidir. Onun doğmaları bur torpaqlarda dəfn edilib. Lapşin  beynəlxalq hüquq normalarını və Azərbaycan qanunlarını kobud surətdə pozaraq, işğal olunmuş ərazilərdə olaraq Azərbaycanın ünvanına şər-böhtan ataraq, separatizmi dəstəkləyib.
DILQEM_1455207300
Dilqəm Əsgərov isə heç bir qanun pozuntusuna yol vermədən, bir azərbaycanlı kimi öz doğmalarının qəbrini ziyarət etmək üçün doğulduğu və hazırda erməni işğalında olan rayona gedib. Ona görə də Rusiya XİN-nin belə bir  mövqe sərgiləməsi absurd məsələ olduğu kimi də, axmaq müqayisədir”- deyə, millət vəkili vurğulayıb.
Son olaraq deputat bildirib ki, bununla bir daha Rusiya erməniləri müdafiə etdiyini göstərib:
“Bu gün Azərbaycan torpaqlarını işğal edib, ermənilərə verən də elə Rusiyadır”.
Mürtəza
 Gununsesi.info