Ermənipərəst konqresmənlər ABŞ-ın Azərbaycana hərbi yardımını dayandırmasını istəyir

  • By admin
  • 24 Sentyabr 2021 22:36

Cümə axşamı  ABŞ Konqresinin Nümayəndələr Palatası xarici siyasətin əsas istiqamətlərinin, o cümlədən Dağlıq Qarabağ məsələlərinin həyata keçirilməsinə təsir edən qanun layihəsini qəbul edib.

Qanun layihəsi, “beynəlxalq səviyyədə tanınmış insan hüquqlarının kobud şəkildə pozan”  xarici milli təhlükəsizlik bölmələrinə  vəsaitin ayrılması ilə bağlı Pentaqonun hesabatını tələb edir.

Sənədin müəlliflərindən biri, tanınmış ermənipərəst konqresmen Frank Pallone bildirib ki, bu, Azərbaycan kimi insan haqlarını pozan ölkələrə külli miqdarda pul ayıran ABŞ Müdafiə Nazirliyinə nəzarəti gücləndirəcək.

Pallone Pentaqonu və Dövlət Departamentini insan haqlarını pozmaqda təqsirli bilinən  Azərbaycan Sərhəd Qüvvələrinə 2018-19-cu illərdə 100 milyon dollardan çox vəsait ayırmaqda günahlandırıb.

Qanun layihəsi, həmçinin, Prezident Bayden administrasiyasından Dağlıq Qarabağda həyata keçirilən bütün humanitar proqramlar, o cümlədən layihə təsvirləri, büdcələri, tərəfdaş təşkilatların siyahısı və son nəticələr haqqında məlumat verməsini tələb edir. Bu paraqrafın müəllifi Demokratik Konqresmen David Valadaodur.

Başqa bir böyük dəyişiklik, repressiv hökumətlərin istifadə etdiyi hack və rəqəmsal nəzarət vasitələrini yayan xarici şirkətlər haqqında illik hesabat tələb edir.

Rusiyaya gəldikdə, qanun layihəsi ABŞ administrasiyasından Navalnı siyasətçisinin işində günahkar olan məmurlara qarşı sanksiyalar tətbiq etməyi düşünməyi tələb edir.

Qanun layihəsi Senatın təsdiqindən keçməlidir.

Gununsesi.info