Ermənistan əsgərlərini Qarabağdan TƏXLİYƏ EDİLİR

  • By admin
  • 04 Avqust 2022 12:06

Ötən gecə Ermənistan Qarabağın dağlıq hissəsindəki rusiyalı sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərdən öz hərbçilərini təxliyyə etməyə başlayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Ordusunun erməni terrorçularına qarşı qısamüddətli “Qisas” əməliyyatı İrəvanda və Xankəndidə təşvişə səbəb olub. Nəticədə Ermənistan Ordusu Qarabağın dağlıq hissəsindəki silahlı tör-töküntülərini geri çəkməyə başlayıb.

İddialara görə, diqqət çəkməmək üçün hərbçilər hərbi yox, mülki geyimdə avtobuslarla Azərbaycan ərazilərindəki “mövqelərini” tərk ediblər.

İlk mərməhələdə bir neçə yüz hərbçinin sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərdən çıxarıldığı bildirilir.

Hətta hərbçilərin İrəvana avtobusla gətirildiyi, onların paytaxtdakı “Fəhlə heykəli”nin yanında düşürüldüyü və birbaşa hərbi hissəyə yox, evlərinə göndərildiyi vurğulanır.