“Ermənistan dünyanın gözü önündə Azərbaycan əhalisi yaşayan şəhərləri bombalayıb” – Hulusi Akar

  • By admin
  • 21 Noyabr 2020 19:27

“Azərbaycan Ordusu beynəlxalq hüquqa uyğun hərəkət edib. Bu da 30 il ərzində erməni işğalı altında olan torpaqların azad edilməsidir. Hər kəsin bunu bilməsi lazımdır”.

Gununsesi.org xəbər verir ki, bunu Türkiyənin Milli müdafiə naziri Hulusi Akar jurnalistlərə açıqlamasında bəzi Qərb siyasətçilərinin Azərbaycan Ordusu ilə bağlı səsləndirdiyi qərəzli açıqlamalara münasibət bildirərkən deyib.

O qeyd edib ki, bu cür qərəzli danışıqlarla Azərbaycan ordusunu günahlandırıb səhvə yol verilməməlidirlər: “Azərbaycan ordusuna Qarabağı “yıxdı-yandırdı” deyib iftira atmaq gerçəkdən də böyük bir səhvdir. İnsanın öz vətənini qoruması, işğal altındakı torpaqlarını azad etməsi müqəddəs vəzifədir. Azərbaycan Ordusu da bu müqəddəs vəzifəni həyata keçirib. Ancaq Ermənistan bütün dünyanın gözü qarşısında Azərbaycanın mülki əhalisi yaşayan şəhərlərini bombalayıb. Dünya bunu görsə də, lal və kor qaldılar. Həmin şəxslərin müasirlikdən, insan haqlarından, demokratiya və tərəfsizlikdən danışmağı mümkün deyil”.

Gununsesi.org