Ermənistan müxalifəti Paşinyan hökumətini boykot etdi

  • By admin
  • 17 Yanvar 2023 13:20

Ermənistan parlamentinin müxalifət fraksiyaları hökumətlə ünsiyyəti boykot edəcəklərini açıqlayıblar.

Gununsesi.info xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Bildirilib ki, müxalif “Hayastan” və “Şərəfim var” fraksiyaları parlamentdəki hökumət saatında və qış sessiyasında Nazirlər Kabineti ilə təmasları boykot edəcəklərini bəyan ediblər.

Onlar Paşinyan hakimiyyətinin üvanına tənqidi fikirlər səsləndiriblər.

Qeyd edək ki, Ermənistan parlamentinin bu gün keçirilən iclasında müxalifət nümayəndələri iqtidarı saxtakarlıq etməkdə suçlayıblar.

Gununsesi.info