Ermənistan nümayəndə heyəti “3+3” formatlı görüşdə iştirak edə bilər

Ermənistan nümayəndə heyəti “3+3” formatlı görüşdə iştirak edə bilər

Ermənistan parlamentinin sədri Alen Simonyan bildirib ki, Ermənistan nümayəndə heyəti Bakıda keçiriləcək “3+3” formatlı görüşdə iştirak edə bilər.

Simonyan qeyd edib ki, Ermənistan tərəfi Bakıda keçiriləcək istənilən tədbirdə iştirakını istisna etmir:

“Ola bilsin, suallarınız olsun – biz onları qaldıracağıq, amma məncə, iştirak etməmək sadəcə qəbuledilməzdir”, – deyə o əlavə edib.

 

Günay

Gununsesi.info