Ermənistan ordusunun zabiti 45 yaşlı hərbçini öldürdüyü üçün həbs edildi

  • Müəllif: admin
  • 26 İyun 2018 09:45

Ermənistan ordusunun 45 yaşlı müqavilə əsasında xidmət edən hərbçi Ovanes Melkonyanın ölümündə təqsirli bilinən bölük komandirinin müavini həbs edilib.

Gununsesi.info report-a istinadən xəbər verir ki, bu məlumatı ölkənin İstintaq Komitəsi yayıb.

Bildirilib ki, adı açıqlanymayan komandir müavini iyunun 22-də müqavilə əsasında xidmət edən başqa bir hərbçisinin avtomat silahı ilə döyüş postunda Melkonyana atəş açaraq, yaralayıb.

 Hadisə ilə bağlı cinayət işi başlanılıb.