Ermənistan prezidenti niyə soyadını dəyişib?

  • By admin
  • 15 Mart 2022 10:39

Ermənistanın beşinci prezidenti Vaaqn Xaçaturyanın soyadını dəyişdiyi üzə çıxıb.

Gununsesi.info erməni mediasına istinadla xəbər verir ki, bu barədə erməni siyasətçi Voskan Sarkisyan məlumat verib.

O bildirib ki, hazırkı Xaçaturyan soyadlı prezident 1992-1996-cı illərdə İrəvan meri vəzifəsində çalışıb. Amma o zaman soyadı Sukiasyan olub. Avqustun 4-də yüksək texnologiyalar sənayesi naziri təyin olunduqdan sonra özünü ictimaiyyətə yeni soyadı – Xaçaturyan adı ilə təqdim edib. Məlumatda o da vurğulanır ki, prezident Xaçaturyan Xaçatur Sukiasyana məxsus “Armekonombank” ASC-nin idarə heyətinin üzvü olub.

Məlumatlı insanlar sosial şəbəkələrdə bildirirlər ki, Vaaqn Xaçaturyan 62 yaşında soyadını dəyişərək bu gün Ermənistanda “spiker” olan Xaçatur Sukiasyanın şərəfinə özünə bu soyadı götürüb.

Gununsesi.info