Ukraynadakı bu yerlərə zərbələr endirəcəyik - Moskva

  • By admin
  • 15 Mart 2022 10:37

“Qərb ölkələri Ukraynaya muzdlu döyüşçülər göndərib. Biz onların harada olduğunu bilirik. Həmin yerlərə hücumlar təşkil edəcəyik”.

Gununsesi.info xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin sözçüsü, general-mayor İqor Konaşenkov bildirib.

Konaşenkov Rusiya ordusunun Ukraynanın müdafiə sənayesində fəaliyyət göstərən zavodlarını məhv edəcəyini deyib.

“Biz belə müəssisələrdə çalışan və müəssisələrin ətrafındakı evlərdə yaşayanları təhlükəli əraziləri tərk etməyə çağırırıq”, – general-mayor bildirib.

“Bəzi Qərb ölkələri öz vətəndaşlarını dövlət səviyyəsində Ukraynaya muzdlu əsgər kimi getməyə həvəsləndirir. Onların ölümünə görə öz ölkələri məsuliyyət daşıyacaq”, – İqor Konaşenkov əlavə edib.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin Yaxın Şərqdən Rusiya tərəfində iştirak edəcək “könüllü döyüşçülərin” Ukraynadakı münaqişə zonalarına daşınması barədə göstəriş verib.

Gununsesi.info