Ermənistan Türkiyə mallarına qoyulan qadağanı aradan qaldırdı

  • By admin
  • 30 Dekabr 2021 20:08

Ermənistan hökuməti Türkiyə mallarının idxalına qoyulan qadağanı aradan qaldırıb. 

Gununsesi.info xəbər verir ki, bu barədə Ermənistan İqtisadiyyat Nazirliyinin Feysbuk səhifəsində məlumat paylaşılıb.

Belə ki, Ermənistan 2022-ci il yanvarın 1-dən Türkiyə mallarına qoyulan embarqonu aradan qaldırılacaq.

Xatırladaq ki, 20 oktyabr 2020-ci ildə Ermənistan hökumətinin qərarı ilə Türkiyə mallarının Ermənistana idxalına altı aylıq qadağa qoyulub və bu qadağa 2021-ci il yanvarın 1-dən qüvvəyə minib. Yarım il sonra, iyunun 26-da keçirilən iclasda Ermənistan hökuməti türk mallarının idxalına qoyulan qadağanı daha altı ay uzadıb.

Gununsesi.info