Ermənistan və “ermənisevər” qüvvələr ciddi təşviş və çaşqınlıq içində - MÜRTƏZA BÜNYADLI YAZIR

  • By admin
  • 04 Noyabr 2017 13:31

Azərbaycan-Türkiyə arasında münasibətlərin ən üst səviyyəyə qalxması və bu iki ölkənin birgə iştirakı ilə bölgədə mühüm beynəlxalq əhəmiyyətli enerji, kommunikasiya, logistik və tranzit yükdaşıma istiqamətində layihələri reallaşdırması nəinki Ermənistanı və onun xaricdəki lobbisini, eyni zamanda  kənardakı “ermənisevər” qüvvləri, o cümlədən Rusiyadakı bəzi qüvvələri ciddi narahat etməkdədir.

Enerji, kommunikasiya layihələrin reallaşması ilə beynəlxalq bir qovşağa çevrilən Azərbaycanı, tranzit yükdaşıma və logistik sahədə qovşaq rolu missiyasını öz üzərinə götürərək bu istiqamətdə lahiyələri icra etməsi düşmənlərimizi ciddi pərişan etməkdədir. Xüsusən də Bakı-Tiflis-Qars dəmir yol xətti layihəsinin reallaşması, eyni zamanda Azərbaycan “Şimal-Cənub”, “Şərq-Qərb”, “Qərb-Cənub”  beynəlxalq nəqliyyat dəhlizinin infrastrukturu layihələrinin reallaşdırlması Ermənistanda ciddi ajiotaj yaradıb.Və bunun şokunu yaşamaqdadırlar.

Artıq bu əndişə ən yüksək səviyyədə hiss olunmaqdadır. Pis vəziyyətə düşən ermənilər artıq çaşqınlıq içindədirlər. Nə etdiklərini və nə edəcəklərini bilmirlər. Çünki Azərbaycan Ermənistan ətrafındakı çəmbər oyunun daraltmaqla onu oyundankənar vəziyyətə salmaq siyasətini uğurla davam etdirməkdədir.

Elə Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanın Putinlə növbəti görüşündə Qarabağ məsələsinə həsr edəcəyi bəyanatı da bu qəbildən olan siyasətin davamı hesab etmək olar. Ərdoğanın bu bəyanatı erməniləri daha ciddi formada çaqın bir vəziyyətə salıb. İrəvan artıq son dövrlərdə Azərbaycanın Türkiyə-Rusiya-İran üçbucağında oynadığı aktiv rolun fərqində olduğundan səslənın fikirlərin ciddi nəticələrə gətirib çıxaracağının artıq fərqindədirlər. Odur ki, hər vasitə ilə erməni xislətinə uyğun olaraq İrəvan Rusiya-Azərbaycan, Rusiya-Türkiyə münasibətlərinə xələl gətirmək üçün müxtəlif oyunlara əl atırlar. Ermənilər ilk olaraq bu məqsədlə Rusiyadakı imperiyapərəst, şovinist qüvvələrdən istifadə etmək istəyirlər. Və bu məqsədlə bu istiqamətdə fəaliyyət göstərirlər.

Elə bu günlərdə Moskvada Rusiya Elmlər Akademiyası yanında Y.Primakov adına Beynəlxalq İqtisadiyyat və Beynəlxalq Əlaqələr İnstitutu tərəfindən rusiyalı, erməni və gürcü siyasi ekspertlərinin iştiraki ilə “Qafqaz müasir dünya və regional kontekstdə” keçirilən konfransda səslənən fikirlərə diqqət yetirmək kifayədir.

Tədbirdə çıxış edən Y.Primakov adına Beynəlxalq İqtisadiyyat və Beynəlxalq Əlaqələr İnstitutunun direktoru, akademik Aleksandr Dınkin Sovet İttifaqının dağılmasından sonra xarici oyunçuların Qafqaz regionuna ayaq açdığını söyləyib. O, regionda SSRİ-nin dağılmasından sonra qeyri-sabitliyin yarandığını, bu gün də bu vəziyyətin davam etdiyini vurğulayıb: “Postsovet məkanındakı münaqişələrin də dünyadakı bir çox münaqişələr kimi uzun müddət davam edəcəyi ehtimalı böyükdür. Rusiya bu regionun sabit olmasında maraqlıdır. Çünki regiondakı münaqişələrin alovlanması birbaşa Rusiya üçün təhlükə daşıyır”.

İnstitutun Postsovet Ölkələri Araşdırmaları Mərkəzinin rəhbəri Aleksandr Krılov “Cənubi Qafqazın inkişafının müasir mərhələsinin xüsusiyyətləri” adlı məruzəsində Cənubi Qafqazda təhlükələrdən biri kimi onun ərazisindən Rusiyaya qarşı istifadə olunması amilini göstərib. Onun sözlərinə görə, Rusiya ilə ABŞ arasında münasibətlərin gərginləşməsi Cənubi Qafqaz regionundakı münaqişələrin yenidən alovlanması ehtimalını gücləndirir.

Tədbirin ən yadda qalan çıxışı isə Ermənistanın keçmiş müdafiə naziri Vaqarşak Arutunyan “Cənubi Qafqazda vəziyyətin sabitləşməsinin perspektivləri və regional təhlükəsizliyə hədələr” adlı məruzəsi olub. Belə ki, sabiq erməni nazir region üçün ən böyük təhlükənin Türkiyə-Azərbaycan hərbi ittifaqı olduğunu söyləyib: “Türkiyənin tutduğu mövqe Cənubi Qafqaz regionu üçün ən böyük təhlükədir. Bu gün Türkiyə Cənubi Qafqaz regionundakı bütün layihələrdə əsas iştirakçıdır. Ankara regionun bütün resurslarından istifadə etmək imkanına malikdir. Güclü ordusu olan Türkiyə Cənubi Qafqaz regionu üçün ən böyük təhlükədir. Bu kontekstdə xüsusilə Azərbaycan-Türkiyə hərbi koalisiyasının yaradılmasını vurğulamaq istəyirəm. Bu hərbi alyansa Gürcüstan da cəlb olunub”.

Keçmiş nazir Azərbaycan-Türkiyə-Gürcüstan hərbi alyansının Rusiya-Ermənistan birliyinə qarşı olduğunu iddia edib.

Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinin (MQİMO) dosenti, tarix elmləri namizədi Mixail Volxonski “Sanksiyaların götürülməsindən sonra Azərbaycan-İran münasibətlərinin inkişafı” adlı məruzəsində Azərbaycanla İran arasında münasibətlərin son zamanlar sürətlə inkişafına  toxunaraq bildirib ki,  iki ölkə arasında ticarət dövriyyəsinin həcmi artıb: “İranla Azərbaycan arasında siyasi münasibətlərlə yanaşı, iqtisadi əlaqələr də inkişaf edir. Hər iki ölkə Xəzər regionunda birgə layihələrdə iştirak edir. Azərbaycan İrana investisiya yatırır. İki ölkənin dəmir yolları birləşdirilir. Regionun ən böyük layihələrindən biri olan Şimal-Cənub nəqliyyat dəhlizi gerçəkləşmək üzrədir. Rusiyanın da əsas iştirakçısı olduğu bu layihə Sankt-Peterburqla Hindistanın Mumbai şəhərini birləşdirəcək böyük nəqliyyat dəhlizini əhatə edir”.

Erməni mediasın açıqlama verən rusiyalı parlamentari Aleksandr Zatulin Bakı-Tiflis-Qars dəmiryolu xəttinin Rusiyanın əleyhinə olan bir layihə  kimi dəyərləndirib. Onun fikrincə, bu layihələr Rusiyadan yan keçməklə Moskvanın beynəlxalq aləmdəki rolunu azaltmağa yönəlib.

Erməniləri daha ciddi zərbə vuran məqam isə Ərdoğanın Putinlə görüşündə Qarabağ məsələsini ciddi surtədə ələ alması fikri olub. Ərdoğanın “əgər Putin  prosesə müdaxilə edərsə, Qarabağ münaqişəsinin həllində ciddi irəliləyişə nail olmaq olar” fikri İrəvanda  ciddi çaşqınlığa səbəb olub. Artıq İrəvan nə edəcəyini və hansı addımı atacağını özü də bilmir. Birincisi, ona görə ki, Ermənistan artıq müstəqil dövlət kimi müstəqli siyasət yürütmək imkanın məhrum olunaraq, başqa ölkənin bir vassal əyalətinə çevrilməsidir. Bu ölkə təkcə siyasi-hərbi cəhətdən deyil, iqtisadi və digrə cəhətlərdən də Rusiyanın bir quberniyasına çevrilib. Ermənistan tamamilə Rusiyanın nəzarətində olan bir ərazi olduğundan onun gələcək taleyi də məhz Moskvanın əlindədir. Ermənilərin rəyi nəzərə alınmadan istədiyini edir. Yəni Moskva isə ermənilərim marağını nəzərə almadan onlardan yalnız bölgədəki maraqlarının təmin olunmasında bazarlıq masasında onlardan istifadə edir. İrəvan da bunu çox gözəl bildiyindən, aciz bir durumla üzləşiblər. Elə son dövrlərdə bölgədə reallaşan layihələr və baş verən proseslər dediklərimin bariz göstəricisidir. Odur ki, İrəvan  Moskvanın Qarabağ məsələsini bir gün Azərbaycanın xeyrinə həll olunması istiqamətində bu bazarlıqda istifadə edə bilər.

Mürtəza Bünyadlı

Gununsesi.info