Ermənistan və İran viza rejimini qarşılıqlı ləğv edir

  • By admin
  • 01 İyun 2016 13:55

VIZA

 

İranla Ermənistan arasında viza rejiminin ləğv edilməsi haqda saziş imzalanacaq. Gununsesi.info bu barədə “Report”-a istinadən xəbər verir.  İnformasiyaya əsasən, Ermənistan hökumətinin iyunun 2-də keçiriləcək iclasının gündəliyinə bu məsələ ilə bağlı sənədin layihəsi daxil edilib.

Həmin sənədə əsasən, Ermənistan və İran İslam Respublikasının vətəndaşları viza almadan bir ölkədən digərinə səfər edə və 90 gündən 180 günədək o biri ölkənin ərazisində qala biləcəklər.

 

Məlumata görə, razılaşma həm də iki ölkə arasında gələcəkdə iqtisadi, ticarət və başqa əlaqələrin güclənməsi və tənzimlənməsinə xidmət edəcək.