Belarus müxalifətinin lideri Svetlana Tixanovskaya Ermənistana planlaşdırdığı səfərini təxirə salıb.
Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı Tixanovskayanın müşaviri Denis Kuçinskiyə istinadən “Delfi” portalı yayıb.
Onun sözlərinə görə, Tixanovskaya Ermənistanda “Euronest”in plenar iclasında iştirak etməyi planlaşdırırdı və bu onun həmin ölkəyə ilk səfəri olacaqdı.












