Ermənistanda 33 etirazçı yaralandı

  • By admin
  • 16 Aprel 2018 18:28

Yerevanın mərkəzində Ermənistanın baş naziri vəzifəsinə Serj Sarkisyanın namizədliyinə etirazçılar və polis əməkdaşları arasında baş vermiş qarşıdurma nəticəsində 33 nəfər xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib. Gununsesi.info xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.

Məlumata görə, 1 nömrəli şəhər klinik xəstəxanasına 7, “Erebuni” Tibb mərkəzinə 8, Müqəddəs Qriqori adına Tibb mərkəzinə isə 18 nəfər yerləşdirilib.

Xəstəxanaya yerləşdirilənlərin üçü polisdir.

Gununsesi.info