Ermənistanda Azərbaycan dilində dərmanlar satılır  - Fotolar

  • By admin
  • 05 İyul 2018 17:35

Ermənistanda Azərbaycan dilində dərmanlar satılır

Ermənistan apteklərində Türkiyə və Azərbaycan bazarları üçün nəzərdə tutulan dərmanlar peyda olub.

Gununsesi.info xəbər verir ki, Ermənistan Səhiyyə Nazirliyinin mətbuat katibi feysbuk hesabında bildirib ki, “Aveloks” və “Puroksan” dərmanları ölkə ərazisinə qanunsuz yollarla gətirilib.

“Puroksan” dərmanının istifadə təlimatı tamamilə Azərbaycan dilində yazılıb.

 Hazırda dərmanlar ekspertizadan keçirilir.