Ermənistanda hərbçiləri daşıyan avtomobil yandı - ÖLƏN VƏ YARALANANLAR VAR

  • By admin
  • 21 May 2020 14:55

Ermənistanın Eçmiədzin şəhərində “Mazda” markalı avtomobildə baş verən yanğın zamanı 4 hərbçi yanıq xəsarəti alıb, onlardan biri ölüb.

Gununsesiorg xəbər verir ki, onlar Vazgen Sarqsyan adına Hərbi Universitetin müəllimləridir.

Ölən şəxs 57 yaşlı polkovnik Ovik Kosakyandır.

Bildirilib ki, yanğınsöndürənlər V.Kosakyanın cəsədini maşında aşkarlayıb.

Məlumata görə, xəsarət alanlar hərbi universitetin müəllimləri – 58 yaşlı Aşot Şekikyan, 57 yaşlı Pavel Topçyan və 36 yaşlı Gevorq Arutyunyandır.

 

 

Gununsesiorg