Ermənistanda 52 nəfər koronavirusa yoluxdu

  • By admin
  • 17 Mart 2020 09:26

Ermənistanda hal-hazırda 52 nəfər koronavirusa yoluxub.

Gununsesi.org “News Armenia”ya istinadən xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyinin mətbuat katibi Alina Nikoqosyan bildirib.

“Ötən gün ərzində daha 22 nəfərdə koronavirus aşkar edilib. Bundan əvvəl isə xəstəliyə yoluxanların sayı 30 nəfər təşkil edirdi”, – deyə Nikoqosyan əlavə edib.

Gununsesi.org