Ermənistanın müdafiə naziri Moskvaya zəng vurdu

  • By admin
  • 08 İyul 2021 19:45

Ermənistanın müdafiə naziri vəzifəsini icra edən Vaqarşak Arutunyan və Rusiya Silahlı Qüvvələrinin (SQ) Baş Qərargah rəisi Valeri Gerasimov arasında telefon danışığı olub.

Gununsesi.info-nun xəbərə görə, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Tərəflər Ermənistan-Azərbaycan sərhədində yerləşən Qeqarkunik və Sünik bölgələrindəki vəziyyəti, həll yollarını, həmçinin Qarabağdakı Rusiya sülhməramlı kontingentinin missiyasını müzakirə ediblər.

V. Arutunyan və V. Gerasimov Ermənistan-Rusiya hərbi əməkdaşlığının dərinləşməsinə yönələn ikitərəfli proqramları və addımları müzakirə etmək üçün yaxın günlərdə Ermənistana səfər edəcək Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti ilə danışıqların gündəliyinə də toxunublar.