Ermənistanla sərhəddə bu əraziyə Azərbaycan Ordusu nəzarət edir – Video

  • By admin
  • 21 Dekabr 2020 12:04

Gorus-Qafan yolunda əraziyə nəzarət edən Azərbaycan əsgərlərinin video-görüntüsü yayılıb.

Gununsesi.org “Qafqazinfo”ya istinadla xəbər verir ki, videonu “Çiçəklənən Ermənistan” partiyasından deputat Naira Zohrabyan sosial şəbəkədə paylaşıb.

Qeyd edilib ki, video Gorusdan Bərgüşad çayına qədər təxminən 4 kilometrlik məsafədə çəkilib. “Google” xəritəsinə görə həmin yolun Azərbaycan ərazisinə daxil olduğu qeyd edilib.

Gununsesi.org