“Ermənistan “dəhliz”i yox, yalnız TRIPP-i qəbul edir” - Qriqoryan

Ermənistan “dəhliz”i yox, yalnız TRIPP-i qəbul edir.

Gununsesi.info xəbər verir ki, bunu Doha Forumunda Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.

Qriqoryan vurğulayıb ki, Ermənistan tərəfi bu termini qəbul etmir: “Ermənistan, Azərbaycan və ABŞ liderlərinin Vaşinqtonda imzaladığı sənəddə marşrut TRIPP adlanır və o, belə təyin olunmalıdır”.

O əlavə edib ki, TRIPP regional və beynəlxalq biznes üçün yeni imkanlar açacaq.

Gununsesi.info