Türkiyə kəşfiyyatı və Silahlı Qüvvələri dünən Hakurk bölgəsində PKK terror təşkilatına qarşı əməliyyat həyata keçirib.
Gununsəsi.org xəbər verir ki, əməliyyat nəticəsində məhv edilən 5 terrorçudan birinin qırmızı bülletenlə axtarışa verilən, terror təşkilatının “lider”lərindən biri olan “Kava Qarzan” kod adlı Nədim Karakulak olduğu müəyyənləşdirilib.
PKK-ya 1992-ci ildə qoşulan Karakulakın Türkiyədə həyata keçirilmiş bir çox terror aktlarında iştirakı müəyyən edilərək, 2013-cü ildən qırmızı bülletenlə axtarışa verilmişdi.
Karakulakın terrorçubaşı Abdullah Öcalanın həbsindən öncə ən yaxın adamlarından biri olduğu bildirilir.
Gununsəsi.org












