Estoniya parlamentinin sədri Azərbaycana gəldi

  • By admin
  • 22 May 2022 21:34

Estoniya parlamentinin (Riiqikoqu) sədri Yüri Ratasın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlib.

Gununsesi.info xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Estoniya parlamentinin nümayəndə heyətini Milli Məclis sədrinin müavini Adil Əliyev, Azərbaycan-Estoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Jalə Əhmədova və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Estoniya parlamentinin sədri Yüri Ratasın dövlət və hökumət rəsmiləri ilə görüşü nəzərdə tutulub.

Gununsesi.info