Etibar Əliyev: “BANM-ın 35 Prezident təqaüdçüsü var, ADNSU-nun isə sıfır”

  • Müəllif: Orxan
  • 13 Oktyabr 2026 10:33

Təhsil eksperti Etibar Əliyev Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə Bakı Ali Neft Məktəbinin (BANM) göstəricilərini müqayisə edərək universitetlərin inkişafı üçün yeni təfəkkürə və müasir təhsil paradiqmalarının dərindən anlaşılmasına ehtiyac olduğunu bildirib.

Gununsesi.info-nun xəbərinə görə, Etibar Əliyev qeyd edib ki, 106 illik tarixə malik ADNSU ilə 15 yaşlı BANM arasında Prezident təqaüdçülərinin sayı baxımından ciddi fərq var.

Onun sözlərinə görə, BANM-ın 35 Prezident təqaüdçüsü olduğu halda, ADNSU-da bu göstərici sıfırdır.

Təhsil eksperti vurğulayıb ki, universitetlərin inkişafı üçün dövrün tələblərinə uyğun yanaşmalar mənimsənilməli, ali təhsildə yeni düşüncə formalaşdırılmalıdır.

“Universitet evolyusiyası üçün yeni təfəkkürə malik olmaq və dövrün universitet paradiqmalarını dərk etmək lazımdır. Sövdələşmə ilə reytinqlərdə ‘önə çıxmaq’ artıq işləmir. Məzhəkə yaradır”, – deyə Etibar Əliyev bildirib.

Ekspert fikirlərinin sonunda universitetlərin mövcud vəziyyətini tragediya ilə müqayisə edib. O, bu yanaşmasını qədim yunan teatrında tragediyanın mənası ilə əlaqələndirərək müasir pyeslərin yazılmasının və səhnələşdirilməsinin zəruriliyini qeyd edib.

Elmae

Gununsesi.info