ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə Ukrayna Prezidenti Volodimir Zelenskinin bir-birinə nifrət edtmələrinin Ukrayna münaqişəsinin həllinə mane olduğunu bildirib.
Gununsesi.info xəbər verir ki, Tramp bu barədə Ohayo ştatında seçkiqabağı mitinqdə çıxışı zamanı danışıb.
“İki lider arasında güclü nifrət var”, – deyə ABŞ prezidenti bildirib.
Tramp bir daha münaqişə tərəflərinin əslində döyüşləri dayandırmaq istədiklərini, lakin bunu necə edəcəklərini hələ bilmədiklərini düşündüyünü vurğulayıb.
“Düşünürəm ki, sonda bir həll yolu tapacağıq”, – deyə Donald Tramp qeyd edib.










