Evə girən oğrunu qonşular zərərsizləşdirdi - SUMQAYITDA OLAY

  • By admin
  • 04 Noyabr 2017 13:04
Noyabrın 3-də Sumqayıt şəhərində yaşayan Zəfər Əliyevin mənzilinə açar seçməklə qarət məqsədi ilə girən naməlum şəxs onunla rastlaşdığından gözyaşardıçı qaz balonu tətbiq edərək götürdüyü qızıl əşyalarını aparmağa cəhd göstərib. 
Gununsesi.info DİN-ə istinadən xəbər verir ki, bu zaman səs-küyə gələn qonşunun köməyi ilə həmin şəxs saxlanılaraq polis əməkdaşlarına təhvil verilib.
1-ci Polis Bölməsində aparılan araşdırmalarla onun Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Asif Zərbəliyev olması müəyyən edilib.
Araşdırma aparılır.
Gununsesi.info