Ev əşyaları ilə birlikdə yandı - FOTOLAR

  • By admin
  • 10 Oktyabr 2016 15:40

yan1

Paytaxtda həyət evi yanıb. Yanğın zamanı ölən və xəsarət alan olmasada ev tamamilə yanaraq yararsız hala düşüb.

Gününsəsi.info xəbər verir ki, hadisə Sabunçu rayonu Ramana qəsəbəsində yerləşən Şuşa şəhərciyinin yaxınlığındakı həyət evlərindən birində qeydə alınıb. Ceyhunə Sadıqovaya məxsus sahəsi 65 kvadratmetr olan 3 otaqlı həyət evi içərisindəki əşyalarla birlikdə yanaraq yararsız hala düşüb. Yanğın zamanı xəsarət alan olmayıb. Hadisə yerinə cəlb edilən Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri qısa müddət ərzində yanğının digər tikililiərə keçməsinin qarşısını alıblar.

Faktla bağlı araşdırmalar aparılır. Yanğının hansı səbəbdən baş verməsi aparılan araşdırmalardan sonra məlum olacaq .

yan2 yan

Gununsesi.info