
Hansı mühitdə olmağımızdan asılı olmayaraq, həmin yerdən ya enerji alırıq, ya da ötürürük. Nəzərə almaq lazımdır ki, olduğumuz yerlərdə, eləcə də evimizə gələn insanların heç də hamısı müsbət auralı olmur. Bəzən isə yaxınlarımız, tanışlarımız, qohum və dostlarımız istəməsələr belə, bizə mənfi enerji ötürərək, sağlamlığımıza ziyan vururlar.
Gununsesi.info Rusiya KİV-nə istinadən xəbər verir ki, mənfi enerji evinizə girdiyi zaman bir çox mövzuda sizlərə pis təsir edə bilir. Belə ki, dayandığınız yerdə özünüzdə yorğunluq, baş ağrıları hiss edirsiz və eyni zamanda ailə üzvlərinizlə, ətrafdakı insanlarla heç bir səbəb olmadan gərginlik yaşayırsız. Bu hallar narahatçılıq yaratsa da, bəzən səbəbini özünüzdə anlamaqda çətinlik çəkirsiz. Əslində, bu kimi hallar üzərinizdə mənfi enerjinin olmasından xəbər verir. Evinizdə mənfi enerjinin olub-olmamasını isə bu üsulla öyrənə bilərsiniz:
Stəkanın üçdə biri qədər dəniz duzu götürün. Daha sonra stəkanı ağzına qədər su ilə doldurun. Stəkanıən çox mənfi enerjini hiss etdiyiniz otağın müəyyən bir yerində qoyun, bir gün qalsın. Stəkanı qoyduğunuz yerə kimsənin toxunmadığına əmin olmalısız. Sabahsı gün stəkana baxdığınızda, stəkandakı su qoyduğunuz kimi qalıbsa, həmin yerdə demək mənfi enerji yoxdur. Əgər stəkanda iz kimi ləkələr və ya bulanlıqlar varsa, deməli, həmin otağda mənfi enerji var.
Gülnaz Qənbərli
Gununsesi.info











