
“Everton” futbol klubu növbəti transferini həyata keçirib.
Gununsesi.info xəbər verir ki, komanda “Suonsi”nin yarımmüdafiəçisi Qyulfi Siqurdssonu transfer edib.
İyirmi yeddi yaşlı islandiyalı oyunçu ilə 2022-ci ilin iyununadək müqavilə imzalanıb.
Qeyd edək ki, bu transfer üçün “Everton” 45 milyon funt sterlinq təzminat ödəyib.
Gununsesi.info










