Evin təmirinə pul topladı, bir anda məhv oldu - Türkanda yanğın

  • By admin
  • 19 İyul 2016 14:00

turkan

 

Bakının Xəzər rayonun Türkan qəsəbəsində yanğın hadisəsi baş verib. Gununsesi.info xəbər verir ki, hadisənin baş verməsinə səbəb sözü gedən ərazidə 6 min voltluq elektrik naqilinin qırılaraq fərdi yaşayış evinin damına düşməsi  olub. Dərhal ətrafdakı sakinlər Fövqəladə Hallar Nazirliyinin 112 qaynar xidmətinə zəng edərək məlumat verib.

Hadisə yerinə Hövsan və Türkan qəsəbəsinin yangın briqadalarından ümumilikdə 4 avtomobil və canlı qüvvə cəlb edilib. Zərərçəkənin qohumu Əbülfət Bayramovun  sözlərinə görə yanğın güclü olduğundan artıq yanğın söndürənlər gələndə hər sey tamamilə yanaraq yararsız vəziyyətə düşüb. Evdə təmir getdiyindən 5 nəfərlik ailə üzvləri 4 otaqlı evin cəmi 1 təmirli otağında yaşayıb. Digər otaqlarda isə təmir gedib. Xöşbəxtlikdən isə yangın zamanı ailənin 4 üzvü 2 az yaşlı uşağ həyətdə olub.

Zərərçəkən Zivər Əliyevanın sözlərinə görə sözü gedən ərazidə yüksək gərginlikli elektrik naqili dəfələrlə qırılaraq ya yolun ortasında düşüb, ya da kənd sakinlərinin mal heyvannını tələf edib.

Hadisə zamanı məişət əşyaları ilə yanaşı ailə üzvlərinə məxsus sənəd həmçinin təqribən 4000 min manat dəyərində qızıl zinət əşyaları və evin təmiri üçün ayrılmış 4000 manat dəyərində nəğd pul yanaraq məhf olub.

Hadisə ilə bağlı araşdırma aparılır.

 

turkan2

 

turkan1

 

Gununsesi.info