Evli kişilər niyə daha çox yaşayır?

  • By admin
  • 14 İyul 2016 12:58

evli

 

Araşdırmalara əsasən evli kişilər subay kişilərlə müqayisədə daha çox yaşayırlar. Britaniyalı alimlər bunun bir neçə səbəbini müəyyən ediblər.

Gununsesi.info xəbər verirki, adətən  kişilər öz səhhətlərinə qarşı etinasızdılar. Qadınlar isə əksinə, öz orqanizmlərinə qarşı daha diqqətlidirlər. Bu səbəbdən də məhz qadınlar öz həyat yoldaşlarının səhhətində bir problem gördükdə onları həkimin qəbuluna yazılmağa məcbur edirlər.

Bundan əlavə qadınlar həyat yoldaşlarını vaxtı vaxtında dərman içməyə və həkimlərin göstərişlərinə əməl etməyə də məcbur edirlər.

İnfarkt və ya insult almış ailəli kişiləri xəstəxanaya daha tez çatdırılırlar. Bu da onların həyat yoldaşlarının operativliyinə görə baş verir.