“Exit-poll”un nəticələrinə görə “Gürcü arzusu” seçkilərdə ən çox səs toplayıb - 39,9 faiz

  • By admin
  • 08 Oktyabr 2016 21:10

gurcu-3

Gürcüstanda keçirilən parlament seçkiləri ilə əlaqədar təşkil olunan “exit-poll”un nəticələri açıqlanıb.

Gununsesi.info KİV-lərə istinadən xəbər verir ki, Gürcüstanın OBQ, GDS, İmedi və Maestro televiziya şirkətlərinin sifarişi əsasında TNS şirkətinin keçirdiyi “exit-pol”un nəticələrinə görə, hakim “Gürcü arzusu-demokratik Gürcüstan” partiyası 53,8 faiz, müxalifətdən olan “Vahid Milli Hərəkat” partiyası isə 19 faiz səs qazanıb. Bu nəticələrə əsasən yalnız bu iki partiya parlamentdə mandat əldə edə bilib.

Beynəlxalq GFK şirkətinin keçirdiyi “exit-pol”un nəticələri isə bir qədər fərqlidir. Şirkətin yekun hesabatına görə “Gürcü arzusu” səslərin 39,9 faizini, “Vahid Milli Hərəkat” partiyası isə 32,74 faizini toplayıb. “Vətənpərvərlər alyansı” 5,76 faiz, “Leyboristlər” partiyası 4,21 faiz, İrakli Alasaniyanın “Azad demokratlar” partiyası isə 3,21 faiz səs toplayıb.

“Exit-pol” 220 məntəqədə 10 min seçici arasında keçirilib.

Gununsesi.info